Mbappe gələcəyi ilə bağlı qərarını verdi

11:11 - 1 Fevral 2024

Yayda PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappe gələcəyi ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu Paris təmsilçisi ilə sözləşməsinin müddətini uzatmayacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Ulduz futbolçu fevral ayı ərzində qərarını rəsmən açıqlayacaq. Onun "Real"a keçəcəyi gözlənilir.

Qeyd edək ki, PSJ Kilian Mbappeni 2017-ci ilin yayında "Monako"dan transfer edib. Fransalı forvard bu mövsüm komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 28 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti