Mbappe PSJ ilə bağlı yekun qərarını verdi

21:16 - 15 Fevral 2024

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappe yekun qərarını verib.

Sportal.az xəbər verir ki, fransalı hücumçu komandanı tərk edəcək. Bu barədə Fabritsio Romano məlumat yayıb.

25 yaşlı forvard müqaviləsini uzatmayacağını Paris təmsilçisinin rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, PSJ Kilian Mbappeni 2019-cu ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 290 rəsmi matçda 243 qol və 105 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti