Fransanın "Marsel" klubu baş məşqçi Cennaro Qattuzo ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi italiyalı mütəxəssislə yollarını ayırıb. Bu barədə Fabritsio Romano məlumat yayıb.
Rəsmi açıqlamanın qısa zamanda ediləcəyi bildirilir.
Qeyd edək ki, Cennaro Qattuzo 2023-cü ilin sentyabr ayından "Marsel"i çalışdırırdı. Komanda ölkə çempionatında 22 turdan sonra 30 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi