Cennaro Qattuzonun istefaya göndərən "Marsel"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Fransa təmsilçisini Jan-Lui Qasset çalışdıracaq. Bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.
70 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Jan-Lui Qasset son olaraq Fil Dişi Sahili milli komandasına rəhbərlik edib.
saytlarin hazirlanmasi