İstanbul nəhənglərinin Luka Modriç mübarizəsi

13:35 - 28 Fevral 2024

"Real" mövsümün sonunda müqaviləsi başa çatan Luka Modriçə yeni sözləşmə təklif etməyəcək.

Sportal.az xəbər verir ki, yayda azad agent statusunda olacaq 38 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirə bilər. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xorvatiyalı futbolçunun xidmətində "Qalatasaray" və "Fənərbaxça" maraqlıdır. İstanbul nəhəngləri təcrübəli oyunçuya illik 3,5 milyon avro maaş təklif edəcək.

Ulduz futbolçu ilə Səudiyyə Ərəbistanı və MLS klubları da maraqlanır.

Xəbər xətti