Kilian Mbappedən gələcəyi ilə bağlı açıqlama

11:36 - 23 Mart 2024

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatan Kilian Mbappe gələcəyi haqda danışıb.

Sportal.az xəbər verir ki, Fransa mətbuatına danışan 25 yaşlı hücumçu Avro-2024-dən öncə bə məsələnin dəqiqləşəcəyini bildirib:

"Gələcəyimlə bağlı hələ ki, açıqlama verməmişəm. Çünki, açıqlanacaq bir şey yoxdur. Nəsə olsa, məlumat verəcəyəm. Avropa çempionatından öncə dəqiqləşəcəyini düşünürəm".

Qeyd edək ki, xarici mətbuatda Mbappenin "Real"a keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Xəbər xətti