Liqa 1-ə yüksələn ilk komanda məlum oldu

14:56 - 11 May 2024

Fransa Liqa 1-ə yüksələn ilk komanda məlum olub.

Sportal.az xəbər verir ki, "Oser" mövsümün bitməsinə bir tur qalmış elitaya vəsiqəni təmin edib.

Kristof Pelisyerin rəhbərlik etdiyi kollektiv 37-ci turda səfərdə "Amyen"lə 0:0 hesablı heç-heçə edib. Xallarını 71-ə yüksəkdən "Oser" 3-cü pillədəki "Sent-Etyen"i 6 xal qabaqlayır.

Xəbər xətti