"Marsel"in baş məşqçisi Jan-Lui Qasse cari mövsümün sonunda peşəkar karyerasını bitirəcəyini açıqlayıb.
Sportal.az xəbər verir ki, “Actu Foot”a danışan təcrübəli mütəxəssis bunları deyib:
“Bazar günü həqiqətən də karyeramın son matçı olacaq. Bu, mənim son qərarımdır”.
Mütəxəssis karyerası ərzində "Bordo", "Sent-Etyen" klublarını, həmçinin Fil Dişi Sahili millisini çalışdırıb. O, 2024-cü ilin fevralında “Marsel”ə rəhbərlik edib.
saytlarin hazirlanmasi