"MOnako"nun hücumçusu Vissam Ben Yedder gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, 33 yaşlı forvard mövsümün sonunda komandadan ayrılacaq. Fransalı futbolçu bu barədə özü açıqlama verib.
Fransa millisinin üzvü "knyazlıq" təmsilçisi ilə iyun ayında başa çatan müqaviləsini uzatmayacaq.
Qeyd edək ki, "Monako" Vissam Ben Yedderi 2019-cu ilin yayında "Sevilya"dan transfer edib. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 201 rəsmi matçda 118 qol və 34 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi