"Lion"un kapitanı Aleksandr Lakazett Səudiyyə Ərəbistanına yollana bilər.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, fransalı "Əl-Qadisiya"dan təklif alıb.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
Aleksandrın özünün də, Səudiyyə Ərəbistanına yollanmaq istədiyi iddia olunur. 33 yaşlı futbolçunun "Lion"la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
O, "Lion"dan savayı "Arsenal"da da oynayıb.
saytlarin hazirlanmasi