Fransanın "Lans" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini Uill Still çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-qırmızılar" 31 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Uill Still son olaraq Fransada "Reyms"in baş məşqçisi olub.
saytlarin hazirlanmasi