Kilian Mbappenin durumuna aydınlıq gəldi

11:17 - 18 İyun 2024

Fransa yığmasının kapitanı Kilian Mbappe AVRO-2024-ün qrup mərhələsinin ilk turunda zədələnib.

Sportal.az xəbər verir ki, "Footmercato"ya istinadən xəbər verir ki, fransalı futbolçunun Avstriya ilə matçda (1:0) burnu sınıb.

Tibbi yoxlamadan sonra 25 yaşlı futbolçunun qrupun digər iki görüşündə meydana çıxmayacağı bəlli olub.

Əməliyyata ehtiyac olmasa da, futbolçu Fransa millisi pley-off mərhələsinə çıxacağı təqdirdə, maskada oynayacaq.

Qeyd edək ki, Kilian Mbappe Avstriya millisinin üzvü Danso ilə toqquşma zamanı burnu sınıb və oyuna davam edə bilməyib. 

Xəbər xətti