Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante AVRO-2024-də Avstriya üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-ya danışan fransızların aparıcı futbolçusu komanda yoldaşı Kilian Mbappenin zədələnməsindən də danışıb:
“Bəzi narahatlıqlar var idi, amma hər şey əla keçdi. Biz nəticələr üçün birlikdə mübarizə aparan insanlarıq və bunu davam etdirəcəyik. Kilian meydanı tərk edəndə çox narahat idik. Onun zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirdik. Amma onu mümkün qədər tez meydanda görmək istəyirik".
Qeyd edək ki, Fransa millisi AVRO-2024-dəki ilk görüşünü Avstriyaya 1:0 qalib gəlib. Əlavə edək ki, Kilian Mbappe matçın 90-cu dəqiqəsində Kevin Danso ilə toqquşma zamanı burnu sınıb və onu Olivye Jiru əvəzləyib.
saytlarin hazirlanmasi