Daha bir tanınmış futbolçu Səudiyyə Ərəbistanına yollanır

12:44 - 23 İyun 2024

"Marsel"in forvardı Pyer-Emerik Obameyanq Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, qabonlu futbolçunu "Əl-Şabab" istəyir.

Səudiyyə Ərəbistanı təmsilçisi artıq Obameyanqın özündən müsbət cavab ala bilib.

"Marsel" rəhbərliyinin isə "Əl-Şabab"a hansı cavabı verəcəyi dəqiqləşməyib.

35 yaşlı hücumçu 2023/2024 mövsümündə Liqa 1-də 34 matçda keçirib, 16 qol vurub və 8 asist etmişdi. Onun Fransa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti