Baş məşqçi istefaya göndərildi, yeni klubla müqavilə imzaladı

16:37 - 25 İyun 2024

Fransa Liqa 1-də baş məşqçi istefası gerçəkləşib.

Sportal.az xəbər verir ki, "Havr" Luka Elsnerlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sloveniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Luka Elsnerin yeni iş yeri də məlumdur. 41 yaşlı məşqçi "Reyms"i çalışdıracaq.

Qeyd edək ki, Elsner 2022-ci ilin iyul ayından "Havr"ın baş məşqçisi idi.

Xəbər xətti