Gürcüstan millisinin hücumçusu, AVRO-2024-ün ulduzlarından olan Giorgi Mikautadze yeni sezona fərqli komandada başlayacaq.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, hazırda Almaniyada keçirilən Avropa çempionatının bombardiri olan gürcü "Monako" ilə anlaşıb.
Tərəflər arasında ilkin razılıq olduğu iddia edilir. AVRO-2024-dən dərhal sonra "Monako" Mikautadze ilə rəsmi müqavilə imzalamağı planlaşdırır.
O, hazırda Fransanın digər klubu olan "Mets"ə məxsusdur. Giorgi karyerası ərzində "Metz", "Serainq"(Belçika) klublarında oynayıb. Forvard 2028-ci il iyunun 30-na qədər "Ayaks"a məxsusdur.
saytlarin hazirlanmasi