Gürcüstan milli komandasının hücumçusu "Metz"lə anlaşıb.
Sportal.az xəbər verir ki, gürcü hücumçu "Ayaks"dan ayrılıb.
O, ötən mövsümü qışdan sonra icarə əsasında "Metz"də keçirmişdi.
Fransa klubu Mikautadze üçün 13 milyon avroya xərcləyib. "Monako" gürcü hücumçunu transfer etmək istəsə də, bunu reallaşdıra bilməyiblər.
Lakin Gürcüstan millisi ilə AVRO-2024-də özünü kifayət qədər yaxşı göstərən Mikautadzenin tezliklə yenidən klub dəyişəcəyi istisna edilmir.
saytlarin hazirlanmasi