Mbappe: "Maska ilə oynamaq dəhşətdir"

17:48 - 1 İyul 2024

Fransa millisinin hücumçusu Kilian Mbappe AVRO-2024-də maska ilə oynamağın çətinliyindən danışıb.

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Avstriya ilə görüşdə (1:0) burnu sınan Mbappenin bu gün AVRO-2024-ün 1/8 final mərhələsinin Belçika ilə görüşündə də meydana çıxacağı gözlənilir:

"Maska ilə oynamaq tamamilə dəhşətdir. Hər dəfə nəsə qaydasında getmədiyi üçün maskanı dəyişirdim. Çətindir, çünki o, baxışınızı məhdudlaşdırır. Özü də, üzünə tər yığılır və onun qalmaması üçün çıxarmaq lazım gəlir. Sanki 3D-də hazırlanıb. Amma maskaları hazırlayanlara təşəkkür edirəm. Onunla vidalaşmaq mümkün olan kimi, bunu reallaşdıracam".
 

Xəbər xətti