Almaniyanın “Dinamo” (Berlin) klubunun azərbaycanlı hücumçusu Rüfət Dadaşov “Lixtenberq”ə qarşı yoldaşlıq görüşündə het-trik etməsini və komandasının qalib gəlməsini (3:0) şərh edib.
Sportal.az xəbər verir ki, “Berliner Kurier”ə danışan azərbaycanlı forvard bunları bildirib:
"Biz yavaş-yavaş forma yığırıq. 3:0 qalib gəlsək də, tam qane olmadıq. Belə havada gücümüzü sınamağımız və daha yaxşı olmağımız da vacibdir. Ümid edirəm ki, topla oyunumuz hər həftə yaxşılaşacaq".
saytlarin hazirlanmasi