"Fənərbaxça" heyətini Allan Sent-Maksimenlə gücləndirməyə yaxındır.
Sportal.az "Akşam"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi fransalının keçidini həll edib.
Belə ki, tərəflər arasında ilkin razılıq olub. Maliyyə məsələlərində də tərəflər razılaşarsa, Allanla müqavilə imzalanacaq.
27 yaşlı vinger "Əl-Əhli"də oynayır. O, vaxtı ilə Səudiyyə Ərəbistanından 27 milyon avro qarşılığında "Nyukasl"dan "Əl-Əhli"yə keçib.
O, karyerası ərzində “Sent-Etyen”, “Monako”, “Hannover96”, “Bastiya”, “Nitsa” komandalarında oynayıb.
saytlarin hazirlanmasi