Gürcüstan millisinin forvardı Georgi Mikautadze yeni sezona "Monako"da başlamayacaq.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, gürcü hücumçu son anda knyazlıq klubunun təklifindən imtina edib və seçimini "Lion"dan yana edəcək.
23 yaşlı forvard tibbi müayinədən keçmək üçün Liona yollanıb.
"Metz" Mikautadzeni satmağa razı olub. Gürcüstan millisinin futbolçusu 2029-cu il iyunun 30-na qədər "Lion"la müqavilə imzalayacaq.
saytlarin hazirlanmasi