"Bavariya" PSJ-nin yarımmüdafiəçisi Xavi Simonsu heyətinə qatmağı planlaşdırır.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi niderlandlı üçün hərəkətə keçib.
Lakin onların işi heç də asan deyil.
Belə ki, "Leyptsiq" də Simons üçün PSJ-yə müraciət edib.
21 yaşlı yarımmüdafiəçi ötən mövsüm icarə əsasında “Leyptsiq”də çıxış edib. O, PSJ-yə məxsusdur. Paris təmsilçisi Simons üçün 60 milyon avro tələb edir.
saytlarin hazirlanmasi