Fransa millisinin üzvü "Mançester Yunayted"ə keçməyə hazırlaşır

16:43 - 21 İyul 2024

Fransa millisinin üzvü Adrien Rabio "Mançester Yunayted"in heyətinə qatıla bilər. 

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” fransalı üçün tezliklə futbolçu ilə danışıqlara başlayacaq. 

29 yaşlı fransız hazırda azad agent statusundadır.

Rabio 2019-2024-cü illərdə "Yuventus"da çıxış edib. Onunla "Real”(Madrid), "Barselona" və "Milan" da maraqlanır.
 

Xəbər xətti