"Bordo" Fransanın üçüncü divizionuna göndərilib.
Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, klub 2024/2025 mövsümü üçün maliyyə təminatı verə bilmədiyindən federasiya bu cür addım atıb.
Ötən mövsüm “jirondin”lər Fransanın ikinci liqasında 12-ci yeri tutmuşdu və ikinci diviziondakı yerini möhkəmləndirmişdi.
Əlavə edək ki, “Bordo” Fransanın 6 qat çempionudur.
saytlarin hazirlanmasi