Tyerri Anri millinin baş məşqçisi postundan istefa verdi - RƏSMİ

17:53 - 19 Avqust 2024

Fransa U-21 milli komandasının baş məşqçisi Tyerri Anri işindən ayrılıb.

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis şəxsi səbəblərə görə postunu tərk edib. Bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Tyerri Anri 2023-cü ilin avqust ayında U-21-ci çalışdırırdı. Komanda onun rəhbərliyi altında Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.

Xəbər xətti