Slovakiya millisinin kapitanı Milan Şkrinyar PSJ-dən ayrılmayacaq.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris klubu onu satmaq istəsə də, slovakiyalı komandada qalacaq.
Məsələ burasındadır ki, Fransa nəhəngi ona görə təklif almayıb. Baş məşqçi Luis Enrike də Milanın xidmətində maraqlı deyil.
29 yaşlı özü PSJ-də qalmaq istəyir, amma klub onun üçün təklif alarsa, satmağa müsbət yanaşacaq.
Milan ötən mövsüm PSJ-nin heyətində 32 oyun keçirib və 1 qol vurub. KLubla hazırkı müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi