PSJ-nin müdafiəçisi "Real"a qayıtmayacaq

17:46 - 15 Sentyabr 2024

Mərakeş millisinin kapitanı Aşraf Hakimi PSJ-dən ayrılmayacaq.

Sportal.az “El Mund Deportivo”ya istinadən xəbər verir ki, “Real”a qayıdacağı gündəmə gələn müdafiəçi PSJ ilə razılıq əldə edib.

O, Paris təmsilçisi ilə müqavilə müddətini artıracaq. Tərəflər arasında danışıqlar müsbət şəkildə davam edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

25 yaşlı futbolçu “Real”, “Borussiya”(Dortmund), “İnter” klublarında oynadıqdan sonra 2021-ci ildə PSJ-yə keçmişdi.
 

Xəbər xətti