PSJ-nin baş məşqçisi postunda dəyişiklik edilməyəcək.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Paris təmsilçisi artıq ispaniyalı mütəxəssisi razı sala bilib.
Belə ki, artıq uzun müddətdir tərəflər arasında danışıqlar gedirdi. Sonda paytaxt təmsilçisi Enrikenin klubla müqavilə müddətini artırmasına müəssər olub.
O, PSJ ilə debüt mövsümündə çempionluq və Fransa kubokunu qazanıb. 54 yaşlı mütəxəssis əvvəllər "Roma", "Selta", "Barselona" klublarını, həmçinin İspaniya millisinə rəhbərlik edib.
saytlarin hazirlanmasi