Fansa millisinin baş məşqçisi Didye Deşam "Real”ın(Madrid) hücumçusu Kilian Mbappeni qarşıdakı Millətlər Liqası matçlarına nəyə görə dəvət edilməməsinin səbəbini açıqlayıb.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, təcrübəli məşqçi məsələ barədə bunları deyib:
“Kilianla onun vəziyyəti haqda söhbət etdik. Çərşənbə günü meydana çıxsa da, vəziyyəti hələ də məlum deyil. Onun şənbə günü oyunu var və hələ də suallar açıq qalıb. Kilianın kiçik zədəsi var, ciddi bir şey yoxdur, amma tam sağalması üçün müalicəyə ehtiyacı var. Risk etmək fikrində deyiləm, ona görə də Kilian orada olmayacaq. Mbappenin öhdəliyi ilə bağlı heç bir narahatlıq yoxdur. Mən onunla bir neçə dəfə danışmışam. Dediyinə görə, Kilian son görüşümüzdə heç də yaxşı psixoloji durumda deyildi. Əslində o, mövsümöncəsi məşq etmədən oynayır, optimal formada deyil”.
saytlarin hazirlanmasi