Fransanın "Monako" klubu Aleksandr Qolovinlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi rus futbolçunun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, "Monako" Aleksandr Qolovini 2018-ci ilin yayında Moskva ÇSKA-sından transfer edib. Rusiya millisinin üzvü bu mövsüm "knyazlıq" təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi