PSJ-nin futbolçusu Randal Kolo Muani komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, fransalı hücumçu az forma şansı qazanmasından narazıdır. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Kolo Muani yanvar ayında Paris təmsilçisindən ayrılmaq istəyir. 25 yaşlı forvardla İngiltərə klubları yaxından maraqlanır. Klub futbolçunu 50 milyon avroya satmağa hazırdır.
Qeyd edək ki, PSJ Randal Kolo Muanini ötən ilin sentyabr ayında "Ayntraxt"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi