"Səbail" Misli Premyer Liqasının 15-ci turunda səfərdə "Sabah"a 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi cavid Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqibi təbrik edirəm. Oyunun çətin olacağı məlum idi. Çünki heyətlə bağlı problemimiz var. Geniş heyətimiz yoxdur. Ən çox əziyyət çəkdiyimiz məqam da hücumdadır. Hücumda çox dişsizik. Oyun şəkli var. Hücum fazasında çox çatışmazlıq mövcuddur. Bu da hücumçuların olmaması ilə bağlıdır. Üzərimizə düşən vəzifə odur ki, qışa qədər səbir edəcəyik. Çalışacağıq ki, növbəti oyunda nəticə əldə edək. Çətin olsa da, başqa şansımız yoxdur.
- Rəhbərlik sizə transferlə bağlı nə söz verib?
- Komandaya hücumçu lazımdır. Transferlərlə bağlı iş gedir. Bəyəndiyimiz oyunçular var. Açıqlaya bilmərəm. Konkret bir şey yoxdur. Danışıqlar gedir. Zamanla hər şey bəlli olacaq.
- 1-2 futbolçu transfer edəcəksiz?
- Planımızda daha çoxdur. Sadəcə hələ bəlli deyil. Zədəlilərimiz də çoxdur. Madi Queta və Gitay Sofir 4 gündür ki, komandaya qoşulublar. Mən gələnə qədər 7 futbolçu zədəli idi. Ayman Boualinin zədəsi bir həftə sürəcək. Heyətlə bağlı durum ürəkaçan deyil.
- Birdən-birə bu qədər futbolçunun zədəli olması nə ilə bağlıdır?
- Məndən əvvəl olan problemdir. Bu haqda danışmağı düzgün hesab etmirəm. Fakt odur ki, bu qədər futbolçumuz zədəlidir. Səbəblər haqda danışmaq istəmirəm.
Mirbağırağa
saytlarin hazirlanmasi