"Lion"un hücumçusu Jorj Mikautadze silahlı hücuma məruz qalıb.
Sportal.az xəbər verir ki, hadisə dünən futbolçu Liqa 1-in "Nitsa" ilə matçından (4:1) evə qayıtdıqdan sonra baş verib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Gürcü forvard evə girərkən üzlərində maska olan şəxslər onu qarşılayıb. İki nəfər soyğunçu Mikautadze ilə birlikdə evə daxil olub. Onlar futbolçunun 200 min avro dəyərində olan əşyalarını aparıb.
24 yaşlı hücumçu hadisə ilə bağlı ifadə verib. Yerli polis soyğunçuların tapılması üçün fəaliyyətə başlayıb.
Qeyd edək ki, "Lion" Jorj Mikautadzeni mövsümün əvvəlində "Mets"dən transfer edib. Gürcüstan millisinin üzvü olan forvard Avropa Liqası Liqa mərhələsinin Bakıda keçirilən oyununda (4:1) "Qarabağ"a 2 qol vurub.
saytlarin hazirlanmasi