Azərbaycan milli komandasının və "Ankaragücü"nün hücumçusu Renat Dadaşov karyerasını ölkəmizdə davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, Türkiyə klubu Renatla yollarını ayırmaq istəyir. 25 yaşlı forvardın hətta qışda Azərbaycana gəlmək ehtimalı yaranıb. Belə ki, Renatla maraqlanan klublarımızdan biri “Neftçi”dir.
“Ağ-qaralar” hücum xəttini məhz millimizin forvardı ilə gücləndirməyi götür-qoy edir. Amma Renatın karyerasını bu klubda davam etdirib-etdirməyəcəyi də hələlik bəlli deyil.
Qeyd edək ki, Renat Dadaşovun “Ankaragücü” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, paytaxt klubuna 2024-cü il avqustun 8-də keçmişdi.
Renat "Eştoril", "Vulverhempton", "Pakoş de Ferreyra", "Qrasshoppers", "Tondela", "Hatayspor" klublarında oynayıb.
saytlarin hazirlanmasi