Emin Mahmudov Haiti və Belarusa qarşı oynayacaq?

11:47 - 11 Mart 2025

Misli Premyer Liqasının 26-cı turunun “Turan-Tovuz”a qarşı oyununu (1:1) zədə səbəbindən buraxan “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov bir neçə oyunu buraxmaq riski ilə üzləşib.

Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi həftə sonuna qədər sağalmasa, təkcə 27-ci turun “Səbail”lə qarşıdakı oyununu deyil, həm də Azərbaycan millisinin təlim-məşq toplanışını buraxmalı olacaq.

Belədə, onun Haiti (22 mart) və Belarus (25 mart) milliləri ilə yoldaşlıq görüşlərində oynamayacağı da dəqiqləşəcək.

Xəbər xətti