"Qalatasaray"ın istədiyi qolkiper İngiltərəyə yollanmağı planlaşdırır

14:46 - 23 Mart 2025

"Qalatasaray" "Lill"in qolkiperi Lyuk Şevalye üçün yenidən hərəkətə keçib.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Türkiyə çempionu 23 yaşlı qapıçı üçün Fransa klubuna lazımı təzminatı ödəməyə hazırdır. 

Lakin fransızın özü İngiltərə Premyer Liqasında oynamaq istədiyi və buna görə də, "Everton"dan gələn təklifi dəyərləndirəcəyi gözlənilir.

Şevalyenin Fransa klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Onun transfer dəyəri 30 milyon avrodur. 

O, 2020-ci ildən “Lill”in qapısını qoruyur. Yalnız 2021-2022-ci illərdə klubunu dəyişib, icarə əsasında "Valensyen"in formasını geyinib.
 

Xəbər xətti