Türkiyə klubu azərbaycanlıdan vaz keçmək istəmir - yayda keçid reallaşa bilər

18:22 - 23 Mart 2025

"Səbail"in futbolçusu Rüfət Abdullazadənin "Erzurumspor"un maraq dairəsində olması, Türkiyə klubunun onu transfer etmək istəməsi haqda xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, türklər onun keçidini yayda reallaşdırmaq niyyətindədir.

Onun "Erzurumspor"a keçidi bu qış baş tuta bilərmiş.

Lakin "Səbail"in Premyer Liqada qalmaq uğrunda mübarizə aparması onun ən azından yaya qədər komandada qalmasına səbəb olub.

Mövsümün sonunda isə Türkiyə klubu "Səbail"lə razılıq əldə edərək, Rüfəti heyətinə qatacaq. 24 yaşlı futbolçunun hazırkı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, bu mövsüm 25 görüşdə 5 qol vurub, 4 asist edib.

Xəbər xətti