"Ximki"nin azərbaycanlı sahibi Tufan Sadıqov futbolçuların bütün borcların ödəniləcəyinə söz verib.
Sportal.az "RB Sport"a istinadən xəbər verir ki, iş adamı əsas komandanın futbolçuları və məşqçilər heyəti ilə görüşüb.
Həmin görüş həftənin əvvəlində baş tutub, burada iş adamı klubun maliyyələşməsi ilə bağlı sualları cavablandırıb.
O cümlədən, komandaya bir ay ərzində mükafatlar üzrə borcların və əmək haqqı ödənişlərinin bir hissəsinin ödəniləcəyi vəd edilib. Bundan əlavə, bütün borcların gələcəkdə ödəniləcəyi bildirilib. Qeyd edək ki, “Ximki” 21 turdan sonra Rusiya Premyer Lqiasında 16 komanda arasında 11-ci pillədədir.
saytlarin hazirlanmasi