Dieqo Simeone "Atletiko"nun Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.
Sportal.az xəbər verir ki, bu gün keçiirlən "Espanyol" - "Aletiko" (1:1) matçından sonra Simoene 1/8 finalda "Real"a məğlub olaraq turniri tərk etməsindən də söz açıb.
"Çempionlar Liqasında pis çıxış etmədik, yaxşı mövsüm keçirirdik. Evdə qalib gəldik, lakin hakim və UEFA-nın qərarı ilə Xulian Alvaresin guya ikiqat toxunuşuna görə mübarizəni dayandırdıq." – deyə "Atletiko"nun baş məşqçisi bildirib.
Xatırladaq ki, penalti seriyası zamanı "Atletiko"nun hücumçusu Xulian Alvares zərbədən əvvəl sürüşüb və topa hər iki ayağı ilə toxunub. O, qol vursa da, baş hakim Şimon Marçinyak VAR-la məsləhətləşdikdən sonra qolu ləğv edib.
saytlarin hazirlanmasi