"Qarabağ"la matçda hesab önəmli deyil, əsas odur ki, finala vəsiqə qazanaq"

09:46 - 20 Aprel 2025

"Biz "Turan Tovuz"la matça üç xal qazanmaq üçün çıxmışdıq. Amma bilirik ki, onlara qarşı bütün oyunlar çətin keçir. "Turan Tovuz" yaxşı və sona qədər mübarizə aparan komandadır. Məncə, bir xal pis nəticə deyil. Çünki biz meydanda azlıqda qalmışdıq. Qarşıda Premyer Liqada “Səbail”lə oyunumuz var. Həmin görüşdə qələbə qazanmaq istəyirik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Araz-Naxçıvan"ın hücumçusu Ramon Maçado deyib. Təcrübəli hücumçu ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"a qarşı keçiriləcək cavab oyunundan gözləntilərini bildirib:

"Qarabağ"a qarşı kubok oyunu asan olmayacaq. Biz finala çıxmağa çalışacağıq. İkinci oyundakı hesab önəmli deyil. Bərabərlik də ola bilər. Əsas odur ki, finala vəsiqə qazanaq".

Xəbər xətti