"Sabah"ın müdafiəçisi Con İrazabal Sportal.az saytına müsahibə verib.
- "Sabah" son turda “Şamaxı”ya qalib gəlməyi bacardı. Görüş sizin üçün necə alındı? Hər şey istədiyiniz kimi oldu?
- Məncə, yaxşı oyun alındı. Amma buraxdığımız qolu nəzərə alsaq, biz daha diqqətli olmalıyıq. Bu məqamlar həlledici ola bilər. Ona görə də, daha diqqət olmaq lazımdır.
- "Sabah" 2 il idi ki, “Şamaxı”nı məğlub edə bilmirdi. Demək olar ki, bu tilsimi də qırdınız. Bu sizə əlavə motivasiya verir?
- Bilirsiz, xüsusilə “Şamaxı”nın meydançasında yaxşı oynamamağımız gözə çarpırdı. Bu da bizim əsas problemimiz idi. Təbii ki, qələbə qazanmağımıza görə sevinirik. Qalib gəlmək həmişə yaxşıdır.
- Komandanız hazırda 5-ci pillədədir və 4-cü yerdə qərarlaşan “Turan Tovuz”dan cəmi 5 xal geridə qalır. Ümumiyyətlə, “Sabah”ın mövsümü 4-cü yerdə bitirmək şanslarını necə görürsən?
- Düşünürəm ki, “Turan Tovuz” 4-cü yeri tutmaq üçün onlara lazım olan xalları toplayacaq. Amma buna baxmayaraq, biz qarşıda bizi gözləyən bütün görüşlərdə qələbə qazanmaq istəyirik. Meydana da qalibiyyət üçün çıxacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- "Sabah" üçün mövsümün sonu çox ağır qrafikdir. “Zirə”, “Neftçi” və ökə kubokunun finalında “Qarabağ”la görüş. Bu üç görüş üçün komanda mental və fiziki olaraq hazırdır?
- Mənim üçün bütün oyunlar həmişə maraqlı oyunlardır. Xüsusilə kuboku qazanmaq üçün hər kəs üçün motivasiya olmalıdır. Təbii ki, həm çempionat, həm də kubok görüşünə qələbə üçün çıxacağıq.
- "Zirə" ilə görüşdə yəqin ki, məqsəd qələbə qazanmaq olacaq? Onlar artıq 2-ci pillədəki yerini təmin edib...
- Bəli, bu görüşdə də qalibiyyət əsas məqsədimizdir. Növbəti görüşümüzə indidən hazırlaşırıq. Meydana çıxdığımız hər oyunda qalibiyyət istəyirik. “Zirə” də bu mövsümü çox yaxşı keçirdi. Onlara qarşı oyun asan keçməyəcək.
- Hamının ən maraqla gözlədiyi “Sabah” -“Qarabağ” görüşüdür. Ölkə kubokunu qazanmaq şanslarınızı necə dəyərləndirirsən? Səncə, “Qarabağ”ı necə məğlub edə bilərsiz?
- Bir oyundur, bir matçda hər şey ola bilər. Rəqib xətlər arasında bir çox oyunçu ilə oynamağı sevirlər. Buna görə də bu keçid xətlərini bağlamaq üçün kompakt və diqqətli olmaq çox əhəmiyyətli olacaq. Topa sahib olmaq bizə çox kömək edəcək. Çünki “Qarabağ” topla daha güclüdürlər. Biz isə çalışacağıq ki, istədiyimiz oyunu sərgiləyərək məqsədimizə çataq.
Mirbağırağa