Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün yoxlama matçı keçirib.
Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Ankara Keçiörengücü" ilə üz-üzə gəlib. Matç Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin qollarını yeni transferlər Brahim Konate (13) və Abdul Aziz Batibite (84) vurub.
Qeyd edək ki, "Zirə" daha əvvəl "Qarabağ"a yoxlama matçında 0:4 uduzmuşdu.
saytlarin hazirlanmasi