"Beşiktaş" Konfrans Liqasında mübarizəni dayandırdı

23:05 - 28 Avqust 2025

Bu gün UEFA Avropa Konfrans Liqasında pley-off mərhələsinin cavab matçlarına yekun vurulacaq.

Sportal.az xəbər verir ki, doğma meydanda "Lozanna"nı qəbul edən "Beşiktaş" 0:1 hesabı ilə məğlub olub. İlk matçda da 1:1 hesabı qeydə alındığından İstanbul təmsilçisi mübarizəni dayandırmalı olub.

Konfrans Liqası, pley-off mərhələsi
Cavab oyunları

"Beşiktaş" (Türkiyə) - "Lozanna" (İsveç) 0:1 (İlk oyun 1:1)

Qollar: N.Butler-Oyedoji,45+1

Xəbər xətti