"Sabah"ın futbolçusu Coy-Lens Mikels Sportal.az saytına açıqlama verib.
Alman futbolçu komandasının Misli Premyer Liqasının 2-ci turunda “Şamaxı” üzərində qazandığı 2:1 hesablı qələbəsini şərh edib:
"Hər zaman ilk oyunlar çətin alınır. Qol buraxsaq da, konsentrasiyanı saxladıq və ikinci qolumuzu vurduq. Şamaxıda layiqli qələbə qazandıq. Mövsümə qələbə ilə başlamaq çox vacib idi. Çünki bizdən uğurlu nəticələr gözləyirlər".
O, “Şamaxı” ilə görüşdə dubl etməsi barədə isə bunları bildirib: "Şadam ki, qollarımla komandama kömək oldum. Qol vurmaq mənim işimdir. Bunu etmək, komandaya kömək olmaq alınırsa, bu da yaxşıdır”.
Xatırladaq ki, "Sabah"ın 1-ci turda "Qarabağ"a keçirilməli olan görüşü təxirə salınmışdı.
Mirbağırağa