"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev bu gün doğum gününü qeyd edir. Mütəxəssis 73 yaşına çatıb.
Sportal.az xəbər verir ki, Kazanın "Rubin" klubunun mətbuat xidməti komandanın keçmiş baş məşqçisini doğum günü münasibətilə təbrik edib:
"Bütün qəlbimizlə Kurban Berdıyevi təbrik edir, ona möhkəm sağlamlıq, qarşıya qoyulan bütün hədəflərə çatmağı və məşqçilik karyerasında uğurlar arzulayırıq!"
Xatırladaq ki, Berdıyev dövründə Kazan komandası 2 dəfə Rusiya çempionu olub, həmçinin 1 dəfə ölkə kubokunu və Superkubokunu qazanıb.
saytlarin hazirlanmasi