"Çelsi"nin hücumçusu Nikolas Cekson karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" seneqallı futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bavariya" Ceksonla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Münhenlilər 24 yaşlı forvard üçün İngiltərə klubu ilə danışıqları davam etdirir.
Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü London təmsilçisinin heeyətində meydana çıxdığı 81 rəsmi matçda 30 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi