Azərbaycanlı futbolçunun komandası ölkə çempionunu məğlub etdi - VİDEO

10:17 - 25 Avqust 2025

Xorvatiya çempionatında 4-cü turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, Rüfət Abdullazadənin formasını geyindiyi “Varajdin” “Riyeka” ilə qarşılaşıb.

Abdullazadənin komandası son Xorvatiya çempionunu səfərdə məğlub etməyi bacarıb. Görüş “Varajdin”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Rüfət 68-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Varajdin” 5 xalla 5-ci pillədədir.

Xəbər xətti