"Arsenal"ın müdafiəçisi Aleksandr Zinçenko "Fənərbaxça"ya keçməyə yaxın olub.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ukraynalının İstanbul təmsilçisinə keçidi siyasi görüşlərə görə baş tutmayıb.
Əslində, tərəflər öncədən razılığa gəlmişdi. Lakin ukraynalının Türkiyədə bəzi dairələrdə tənqidlərə səbəb olan İsraili dəstəkləyən post paylaşmasından sonra keçidin baş tutmayacağı dəqiqləşib. Klub rəhbərliyi daha ehtiyatlı davranıb. Ərəb azarkeşlərdən çoxlu hədə-qorxu mesajları alan futbolçunun özü də transferdən imtina edib.
28 yaşlı futbolçunun “Arsenal”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.