"Qarabağ"ın UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Ferentsvaroş"la cavab oyununa bilet satışı davam edir.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu sosial şəbəkə hesabında Əməkdar artist Tahir İmanovun iştirakı ilə çəkilmiş video paylaşıb. Ağdam təmsilçisi azarkeşlərə atmacalı şəkildə bildirib ki, bilet üçün kluba yox, kassalara müraciət etmək lazımdır.
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək. Macarıstanda baş tutan ilk matç Qurban Qurbanovun yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
saytlarin hazirlanmasi