"Qalatasaray" müdafiəçi Viktor Nelssonu icarəyə verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi danimarkalı futbolçunu İtaliyaya göndərib.
Nelsson 2025/2026 mövsümündə "Verona"nın formasını geyinəcək. A Seriyası klubu "Qalatasaray"a 650 min avro icarə haqqı ödəyəcək. İtalyanlar 8 milyon avro ödəməklə 26 yaşlı mərkəz müdafiəçisinin transfer hüquqlarına yiyələnə bilər.
Qeyd edək ki, "Qalatasaray" Viktor Nelssonu 2021-ci ilin yayında "Kopenhagen"dən transfer edib. Danimarka millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Roma"da çıxış edib.
saytlarin hazirlanmasi